• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1709
— 09.10.2019 18:06

Xəzərdə itkin düşən 4 balıqçıdan 3-ü xilas edilib

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən DSX-nin Sahil Mühafizəsinə 2 oktyabrda dənizə çıxmış 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 7 oktyabrda saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub. Axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti - Neftçala rayon sakinləri - 39 yaşlı Valeh Babayev, 44 yaşlı Elbrus Cəfərov, 48 yaşlı Aqil Əhmədov xilas edilib və dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gə­minin bortuna götürülüblər. Balıqçılara ilkin tibbi yardım göstərilib, isti geyim və qida ilə təmin olunublar. Üzmə heyətinin digər üzvü Neftçala rayo­n sakini Vurğun Quliyevin axtarışları hələlik nəticə verməyib.