• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1987
— 09.10.2019 19:55

Gələcəyin aqronomları ağacları budayırlar

KepezTV Player

Payızın gəlişi bağlarda ağaclara qulluq məsələsini də aktuallaşdırıb. Aqrotexniki tədbirlər bitkilərin qışlaması və yazda daha məhsuldar olmasını təmin etməyə hesablanır. Bu işə gələcəyin aqronomlarının da cəlb edilməsi ixtisaslı kadr potensialının hazırlanmasına xidmət edir. Tələbələrə praktik tədbirlərlə görməli olduğu işlər izah edilir.

Aqrotexniki qulluq edilmədikdə ağacın ömrü azalır, xəstəlik və zərərvericilərin fəallığı müşahidə edilir. Bu isə birbaşa məhsuldarlğa təsir göstərir. Vegitasiyanın sonuna yaxınlaşdığı üçün ağaclara aqrotexniki qulluğun göstərilməsi payız fəslindən aparılmalıdır. Bəzən dekabrda aparılan budama işləri də qəbul edilən deyil. Çünki budama zamanı zoğlardan su şaxtanın təsirindən donvurmaya səbəb olur. Bu isə biktinin qurumasına gətirib çıxarır. Ağaclara payız qulluğu Azərbaycan Dövlət Aqrar Universtetinin Aqranomluq fakültəsində oxuyan tələbələrə universitetin tədris təcrübə sahəsində praktik olaraq izah edilir.

Aytac Yusifli - tələbə: Xacmaz rayonunda həm örtülü tərəvəzçilik, həm də bağçılıq daha yaxşı inkişaf edib. Məndə buna görə çalışıram ki, bu sahələr daha yaxından öyrənim. Özümüzündə bağ sahəmiz var ki, burada şaftalı, xurma, alma və digər meyvə ağacları var. Yaxından öyrənirəm ki, daha sonra tətbiq edə bilim.

Hüseyn İdrisov - ADAU-nun Bağçılıq kafedrasının müdiri: Yuxarı hissələrin artıq saxlanılması gələcəkdə əlavə yükdür, gələcəkdə əlavə qidadır, gələcəkdə əlavə işdir. Bunlar olmasın deyə bunları edirik. Bitkinin özünün ümumi hissəsində vegitasiya zəifləyib. Zəiflədiyi üçün də indidən başlayıb müxtəlif ağaclarda dekabr ayına kimi başa çatmalıdır.

Bu gilas ağacı mart ayında əkilib. Yeni əkilən bu ağaca payız fəslində aqro texniki qulluğun göstərilməsi vacib olan şərtlərdəndir. Məhz elə onun üçün də ağacın uc hissəsi budanılır.

Universtetin tədris təcrübə sahəsində 60 sot ərazidə 220 ədəd 14 müxtəlif ağac növləri əkilib. Artıq 1 həftədir tələbələr bitkilərə aqrotexniki qulluq göstərir.

Ceyhun Məmmədov - tələbə: Çalışırıq ki, müəllimizin bizə verdiyi təlimatlar, məlumatlar əsasında gələcəkdə işlədiyimiz şirkətlərdə, təsərrüfatlarda tətbiq edək.

Budama işləri başa çatdıqdan sonra tələbələr xəstəlik və zərərvercilərə qarşı profilakit tədbirlər aparacaq. Payız-qış mövsümünə uyğun ağacların suvarılması da həyata keçiriləcək.