• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1961
— 09.10.2019 15:13

Kişi keçmiş arvadını bıçaqladı

KepezTV Player

Gəncədə kişi keçmiş həyat yoldaşını bıçaqlayıb. Hadisə Gəncə şəhəri Bayan küçəsində baş verib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə şəhər Lokomotiv Deposunun maşinisti, Gəncə şəhər, Bayan küçəsi, ev 27-də yaşayan, 54 yaşlı Məhərrəm Sirati həmin ünvanda yaşayan keçmiş həyat yoldaşı, 42 yaşlı Natavan Mustafayevaya boyun nayihəsindən iki bıçaq zərbəsi endirib. Sirati hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.