• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 09.10.2019 15:40

Hərbi vətənpərlik ruhu aşılanır

KepezTV Player

Göygöldə Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri, eləcə də gənclərin iştirak ilə hərbi vətənpərvərlik mövzusunda görüş olub. Dövlətin şəhid ailələrinə, əlillərə, veteranlara, ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan danışılıb, Ali Baş Komandanın rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq dayandığına diqqət çəkilib. Maddi texniki bazası möhkəmlənən və şəxsi heyyəti arasında ruh yüksəkliyi olan silahlı qüvvələrin işğal altında olan torpaqları azad etmək gücündə olduğu vurğulanıb. Həmçinin Qarabağ veteranlarının problemlərinin həllinin diqqət mərkəzində saxlanıldığı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görüldüyünə diqqət çəkilib.

Vahid Abdürrəhimov - "Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədr müavini: Məqsəd müharibə ilə bağlı anları yaşatmaq, üzvlərimizə hüquqi yardımlar göstərmək, onların qanunimanafelərinə qarunmasına köməklik göstərməkdir. Yerlərdə hərbi vətənpərvərliyin təbliğ olunmasına yardım olmaq, çağrışçı gənclərin vətənin qorunması istiqamətində tədbirlərimizi gücləndirməkdi. İlk növbədə müharibə veteranlarına bu gün göstərilən qayğı yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsinə bilavastə təsir göstərən amildir. Ona görədə yerlərdə bu cür silsilə tədbirlərimizi davam etdiririk.