• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3176
— 09.10.2019 11:58

Şəmkirdə bankı qarət edən şəxs saxlanılıb

KepezTV Player

Şəmkir polisi bankdan oğurluq edəni müəyyən edib. Bir neçə müddətdir fəaliyyəti dayandırılan bankın ofisindən xeyli miqdarda qiymətli əşyaları oğurlamaqda şübhəli bilinən şəxsi tanımaq istəyənlər ekranlara bir qədər də yaxın əyləşsin.

Şəmkir sakini Samir Mustafayev gecə saatlarında Şəmkir şəhəri Səməd Vurğun  küçəsində yerləşən banklardan birinin ofisinə qanunsuz daxil olaraq oradan xeyli miqdarda qiymətli əşyaları oğurlayıb. Qarət yolla əldə etdiyi əşyaları özünə məxsus avtomobillə yaşadığı ünvana aparan Mustafayev növbəti gün yenidən həmin ofisə gəlib. Bu dəfə də eyni qayda ilə bir xeyli əşyanı oğurlayaraq yaşadığı evdə gizlədib.

Samir Mustafayev - saxlanılan şəxs: içəri daxil oldum. Havalandırma sisteminə baxdım. Bir neçə şey götürüb qayıtdım. Evə gətirib zirzəmidə gizlətdim. İkinci dəfə isə kondisioner və stolu götürüb qayıtdım. Onlarıda zirzəmiyə qoydum.

Əməlindən peşman olmayan şəxs üçüncü dəfə yenidən həmin bankın ofisini qarət edib. Ev sakinlərinə oğurluq yolla əldə etdiyi əşyaları Bakıdan pulla aldğını deyən  şəxs  bunun müqabilində onlardan pul da alıb.

Samir Mustafayev - saxlanılan şəxs: Evə gizlətdim. Sonra valideynlərimə deidm ki Bakıya avtomobilimə ehtiyyat hissələri almağa gedirəm. Oğurladığım əşyları maşına yığdm gətirdim ki bunları almışam. Evdəndə verilən pulu alıb yeuib içmişəm.

Samir Mustafayevin kef məclislərində istirahəti o qədər də uzun çəkməyib. Ofis rəhbərliyinin polisə müraciətindən dərhal sonra əməliyyat axtarış tədbirlərinə başlayan asayiş keşikçiləri Mustafayevi avtomobili ilə birlikdə saxlayaraq şöbəyə gətiriblər.

Hilal Rüstəmov - müstəntiq: Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şəmkir şəhər sakini 1989 cu il təvəllüdlü Mustafayev Samir Mustafa oğlu saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən  zaman onun oğurladığı əmlakın bir qismi tapılaraq maddi sübut kimi götürülüb.

Zərərçəkənin polisə verdiyi ilkin məlumata görə Samir Mustafayev ofisdən ümumi dəyəri 41 min manat olan qiymətli əşyaları oğurlayıb. Artıq Mustafayevin barəsində Şəmkir rayon Məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Onun analoji cianyətlərdə əlinin olub-olmaması araşdırılır.

 

Natiq Hüseyn