• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1153
— 09.10.2019 11:03

Yeni nəsil GPS sistemi yaradıldı

Dünyanın ən böyük hərbi sənaye korporasiyalarından olan Raytheon şirkəti 2021-ci ildə istifadəyə veriləcək yeni nəsil GPS peyk rabitəsi sisteminin hazırlanmasını başa çatdırıb.
ABŞ Müdafiə Nazirliyinin iri podratçılar beşliyində yer alan Raytheon şirkəti aparıcı raket silahları və radiotexnika sistemləri istehsalçısıdır. Yeni GPS rabitə sisteminin sifarişçisi qismində də ABŞ Hərbi Hava Qüvvələri çıxış edir. Onun hazırlanması üzərində işə 2016-cı ildə başlanılıb. GPS OCX (Block 0) adlı kibertəhlükəsizliyi işəsalma və yoxlama sistemi 2018-2019-cu illərdə ilk modernləşdirilmiş GPS III peykinin kosmosa buraxılması üçün istifadə edilib. Hazırkı GPS sistemi iki əsas seqmentdən ibarətdir: kosmik və yerüstü nəzarət. Kosmik seqmentə hazırda orbitdə olan bir neçə peyk daxildir, idarəetmə seqmenti isə izləmə və peyklərə görə cavabdeh yerüstü stansiyalardan ibarətdir. GPS OCX sistemi işi yüksək dəqiqliklə təmin edəcək və ucqar yerlərdə peyklərin əhatə dairəsini genişləndirəcək.