• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1961
— 08.10.2019 20:28

Binalar yeni görkəm alır

KepezTV Player

Gəncədə 20 çoxmərtəbəli yaşayış binasının fəsad hissəsi yenilənib. Şeyx Bahəddin, Üzeyir Hacıbəyov, Bayraq meydanı, Dədə Qorqud küçələrində, eləcə də Atatürk, Şah İsmayıl Xətai prospektlərində olan binalar yeni görkəm alıb. Şəhər memarlıq idarəsinin hazırladığı xüsusi layihəyə uyğun olaraq binaların eyvanları da təmir edilib və Gəncə memarlığına uyğun işləmələr vurulub. Ümumi görünüşü tamamlamaq üçün binalarının pəncərələri də yenilənib. Gəncədə 900-ə yaxın çoxmərtəbəli bina var. Bu binalardan da 70-i  3 və 4 mərtəbəli, 90-ı  isə 9 və 12 mərtəbəlidir. Qalan binalar isə 5 mərtəbəlidir.

Alpay Çəlik iş icraçısı:Gəncədə çox mənzilli yaşayış binalarının üzlərinin yenidən rənglənməsi, bərpası  eləcədə eyvanların yenilənməsi işləri gedib. İşlər zamanı gülbağı daşı eləcədə boyalardan istifadəı olunub. Gələn 2020-ci ildə yenə işlərimiz davam edəcək.

Qədir Məmmədov sakin:Bu bizim bina 55 ildən artıqdı tikilib. İndi gözəl təmir edildi. İndi dam örtüyü dəyişdi, üzü rəngləndi. Təşəkkürümüzü bildiririk.

Səfa Quliyeva sakin:1969-cu ildən burada yaşayıram. Bərbad gündə idi. İndi abadlaşıb, gözəlləşib təmir olunub.