• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1029
— 08.10.2019 20:12

Gəncədə yeni liftlərin quraşdırılmasına başlanılıb

KepezTV Player

Gəncədə sakinləri narahat edən daha bir problemin həllinə başlanılıb. Hündürmərtəbəli binalarda yaşayanların mənzillərinə əziyyətsiz qalxması bundan sonra əvvəlkindən də asan olacaq. Nəyi hesabına, sujetdən biləcəksiz.

bina sakini:30 ildir bu binada yaşayıram ilk dəfə belə bir iş görürlər. çox minnətdarıq. Artıq çıxıb-düşməkdə əziyyət çəkmərik.

Sakinlərin əziyyət çəkmədən mənzil başına çatması istismar müddətini başa vuran liftlərin dəyişdirilməsi hesabına mümkün olacaq. Sovet dönəmində istifadəyə verilən liftlərin yenilənməsinə şəhərin Abbas Shhət qəsəbəsi 3-cü mikrorayon ərazisində bina 22 A, 22 B və 22 V binalarında və Yeni Gəncə yaşayış massivində bina 20 və 21-dən başlanılıb. Belarus istehsalı olan liftlər bir çox xüsusiyyətlərinə görə fərqlənir.

Bəybala Şamilov Gəncə şəhər MKTİB-nin şöbə müdiri:Bu liftlərin üstün cəhəti ondadır ki, liftlər həm dözümlü həm də təhlükəsizdir. Bundan başqa əvvəlki liftlər saniyədə 0,70 metr hərəkət edirdisə hazırki liftlər saniyədə 1 metr hərəkət edir. Yük götürməsi isə 400 kiloqram yəni 5 nəfər üçün nəzərdə tutulub.

Şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin sərəncamına uyğun olaraq Gəncdə 35 çoxmərtəbəli binada istismar müddətini başa vuran 92 lift yenilənəcək.

Bəybala Şamilov Gəncə şəhər MKTİB-nin şöbə müdiri:Liftlər yalnız sərnişinlər üçün nəzərdə tutulub. O deməkdir ki, bu liftlərdən har hansı bir yükün, tikinti materiallarının, ağır əşiyaların qaldırılması qadağandır. Bunu edən şəxslər üçün qanunla cərimələr nəzərdə tutulur.

Gəncədə yararsız hesab edilən 92 lift müasir tələblərə cavab verən qurğularla əvəzlənir. Yeni liftlərin quraşdırılması bina sakinlərinin də sevincinə səbəb olub.

bina sakini:Uzun illərdi mən bu binada yaşayıram heç vaxt bu liftlər dəyişdirilməyib. Tez-tez qırılırdı, insanlar qalırdı liftə. Çox sağ olsunlar daha əziyyət çəkmərik.

Hazırda Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin balasında 201 lift istismardadır. Onlardan 126-sı 2006-2013-cü illərdə mərhələli olaraq dəyişdirilib.