• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 08.10.2019 17:32

Gənclərin məşğulluğu ilə bağlı proqram gələn ildən həyata keçiriləcək

KepezTV Player

“Gənclər Fondu tərəfindən elan olunan gənclərin məşğulluğu ilə bağlı əmək haqqı subsidiyası proqramının həyata keçirilməsi hazırda Dövlət Məşğulluq Xidməti ilə razılaşdırılma prosesindədir. Bu istiqamət üzrə maliyyələşmənin mexanizmi üzərində çalışırıq”. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun sözlərinə görə, müraciətlər həddən artıq çoxdur:

“Düşünürəm ki, gələn ilin əvvəlindən artıq bu layihə tam şəkildə həyata keçiriləcək. Proqramda nə qədər gəncin maliyyələşdiriləcəyini əvvəlcədən proqnoz vermək çətindir, bu, daxil olan müraciətlərdən asılıdır. Çünki vakansiyalar müxtəlif ola bilər", - deyə Cəfərov qeyd edib. Qaydalara əsasən, Gənclər Fondu tərəfindən müəyyən limitlər müəyyən olunub. Limitlər həm maliyyələşəcək vəsaitin həcmi, həm də müddətlə bağlıdır. Bu müddət maksimum 1 il olmalıdır. Vəsait isə ümumi əmək haqqının yarısından çox təşkil etməməli, başqa sözlə, orta əmək haqqı civarında olmalıdır”.