• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 847
— 08.10.2019 17:29

Prioritet olan sahələrə güzəştli kredit verildi

KepezTV Player

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair Samuxda işgüzar forum keçirilib. 100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq  təşkil edilib, rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub. Ölkədə sahibkarlığın inkişafı və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması istiqamətində bu ilin ötən dövründə 132,6 milyon manat güzəştli kredit verilib ki, bu da 3800-dək iş yerinin yaradılmasına imkan yaradacaq. İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib.

Sahib Məmmədov İqtisadiyyat nazirinin müavini: İqtisadiyyat nazirliyi tərəfindən bu gün Samux rayonunda keçirilən növbəti işgüzar forum çərçivəsində sahibkarlıq subyektlərinin marifləndirilməsi ilə yanaşı onların ümumi dəyəri 673 min manat olan 33 investisya layihəsinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 583 min manat dövləti n güzəştli kredit verildi ki nəticə etibarı ilə 50-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.