• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2032
— 08.10.2019 12:29

Wi-Fi siqnalları divar arxasındakı adamı müəyyənləşdirib

Kaliforniya Universitetinin mühəndisləri Wi-Fi siqnalları vasitəsilə müxtəlif maneələr, o cümlədən divar arxasında olan insanın şəxsiyyətini identifikasiya etməyə imkan verən texnologiya hazırlayıblar. XModal-ID adlı metod bir-birindən uzaq iki Wi-Fi siqnalı ötürücüsündən, eləcə də insanın hərəkətlərinin əks olunduğu videoyazılardan istifadəni nəzərdə tutur. Videoçarx vasitəsilə insanın üçölçülü modeli tərtib olunduqdan sonra bu məlumatlar ondan Wi-Fi siqnallarının əks edilməsinin modelləşdirilməsi üçün istifadə olunur. Eksperiment zamanı metod səkkiz könüllünün üzərində sınaqdan keçirilib. XModal-ID sistemi ümumilikdə divar arxasında olan insanların 84 faizini düzgün müəyyənləşdirib. XModal-ID alqoritmlərinin kompüter təlimi əsasında işləməsinə görə gələcəkdə identifikasiya prosesinin tədricən artacağı gözlənilir. Texnologiyanın köməyi ilə hüquq-mühafizə orqanları insanı hərəkətlərinə görə identifikasiya edə biləcəklər. Məsələn, insan müşahidə kameralarına düşərək sifəti görünməz olanda qanun keşikçiləri onun şəxsiyyətini məhz bu sistem vasitəsilə müəyyənləşdirəcəklər.