Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 texnika cəlb olunub. Yanğın 02:46-da söndürülüb. İlkin məlumata görə, hadisəyə səbəb elektrik naqillərində yaranmış qısaqapanmadır. Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər -36 yaşlı Elşən Abdullayev 1 saylı Klini Tibbi Mərkəzə çatdırılıb. Ona yüngül dərəcədə zəhərlənmə diaqnozu qoyulub.Xəstə ilkin tibbi yardım alandan sonra ambulator müalicəyə yola salınıb.
- Baxış: 499