• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2268
— 05.10.2019 16:15

Ramal Amanov növbəti döyüşə çıxır

KepezTV Player

Karyerasını iki ilə yaxındır ki, ABŞ-da davam etdirən gəncəli peşəkar boksçu, həvəskarlar arasında dünya ikincisi Ramal Amanov bu gecə növbəti döyüşünə çıxacaq. 35 yaşlı dəri əlcək ustası Nyu-York şəhərindəki dünyaca məşhur “Madison Square Garden”da təşkil olunacaq boks gecəsində yerli idmançı Brayan Sebalyo ilə qarşılaşacaq. Bu, Amanovun peşəkar rinqdə 17-ci görüşü olacaq. Bundan əvvəl boksçumuz çıxdığı 16 görüşün hamısında qalib gəlib. Onun rəqibi isə keçirdiyi 10 döyüşün hamısında qələbə qazanıb. Ramal WBA versiyaları üzrə Fedelatin və İnterneyşnl çempion kəmərlərinin sahibidir. Gəncəli boksçu 2013-cü ildən peşəkarlar arasında vuruşur.

Azad Rəfi