• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3436
— 05.10.2019 16:21

Şəmkirdə qabacıl təhsil işçiləri mükafatlandırılıb

KepezTV Player

Şəmkirdə də Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.  Rayonda 34 mindən çox şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 3250 müəllim ötən tədris ilini müsbət göstəricilərlə başa vurub. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 606 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Bu gün münasibətilə müəllimlər təbrik edilib, onlara xoş arzular səsləndirilib. Rayonda təhsil islahatının uğurla həyata keçirildiyini vurğulayan natiqlər son 3 ildə Şəmkirdə 3 yeni məktəb binası və əlavə korpuslar tikildiyini, bir neçə məktəb binasının isə əsaslı təmir edildiyini diqqətə çatdırıblar. Ötən illər ərzində Şəmkir rayonu üzrə 15 təhsil işçisi əməkdar müəllim adını alıb. 20 müəllim isə tərəqqi medalı ilə müküfatlandıırlıb. Sonda bir qrup qabaqcıl müəllimə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

 

Natiq Hüseyn