• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 04.10.2019 19:28

Qərb klublarından “Kəpəz” qalib gəldi, “Turan Tovuz” uduzdu

KepezTV Player

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda 6-cı turun oyunları keçirilib. Hesabat turunda Gəncənin “Kəpəz” klubu Bakı səfərində “Sabah-2” komandasının qonağı olub. Görüşün taleyini bir qol həll edib kİ, məhsuldar zərbə də Nizami yurdunun təmsilçisinin aktivinə yazılıb. “Sarı-göylər”in gənc yarımmüdafiəçisi Elcan Rəhimovun matçın sonlarına təsadüf edən qolu “Kəpəz”ə qələbə gətirib. Bu, komandanın qalib gəldiyi ardıcıl 2-ci oyun olub.

Aşağı liqada qərb regionunu təmsil edən digər klub – “Turan Tovuz” da 6-cı turda səfərdə meydana çıxıb. Tovuzlular paytaxtda “Keşlə-2” ilə qarşılaşıb. Çempionatın lideri gözlənilmədən autsayderə uduzub. Meydan sahibləri hər hissədə 1 qol vurmaqla qələbə qazanıblar. İlk yarıda Elmir Rəhimzadə, fasilədən sonra isə tunar Mütəllimov qonaqların qapısına yol tapıb – 2:0. Yenilgi “Turan”ın 5 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub. Bununla belə, qərb təmsilçisi turnir cədvəlində liderliyini  qoruyub.   

 

Azad Rəfi