• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 04.10.2019 19:16

Gömrükçülərin uğurlu əməliyyatları

KepezTV Player

Gömrükçülər bir sıra uğurlu əməliyyat tədbirləri keçiriblər. Qaçaq yolla məhsulların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil gömrük nəzarəti zonasına daxil olarkən şifahi, elektron və yazılı bəyannamə təqdim etməyib. Minik maşınının ön sağ təkərinin üzərindəki qanadın içərisində olan zavod konstruksiyasındakı, yük yerinin daxilində - yanacaq çəni ilə oturacağın arasında və mühərrik olan hissədəki boşluqlardan gömrük nəzarətindən gizlədilən 3800 ədəd siqaret aşkarlanıb. ** Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Mercedes Benz" markalı avtomobil Samur-Bakı yolunun 25-ci kilometrliyində gömrük əməkdaşları tərəfindən saxlanılıb və maşına baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsində sərnişin olan Azərbaycan vətəndaşına məxsus polietilen paketlərin içərisindən aksiz markası ilə markalanmayan 10900 ədəd siqaret aşkarlanıb. ** Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan başqa bir əməliyyat məlumatı əsasında, Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Volkswagen Passat" markalı avtomobilə gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsində sağ və sol ayaq yerlərinin içərisindən gömrük nəzarətindən gizlədilmiş 1675 ədəd papiros və 13960 ədəd siqaret aşkarlanıb. ** Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Kamaz 35320" markalı yük avtomobilinə də gömrük baxışı keçirilib. Maşının alt hissəsində gizlədilən, yük avtomobilinə aid 6 adda, ümumilikdə 43 ədəd ehtiyat hissələri aşkarlanıb. Faktlar araşdırılır.