• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 01.10.2019 11:03

İlon Mask yadplanetlilərin mövcud olmasını inkar etmir

SpaceX kosmik şirkətinin rəhbəri İlon Mask bildirib ki, qalaktikanın bizim olduğumuz hissəsində yadplanetlilər yoxdur. Mask bunu Starship raketinin ilk tam yığılmış nüsxəsinin quraşdırıldığı start meydançasında keçirilən tədbirdə çıxış edərkən bildirib. "Bildiyimiz qədərilə, biz yeganə şüurlu varlıqlarıq. Bəlkə də, orada həyat var, amma biz onun təzahürlərini görməmişik. Əgər məndən soruşsanız ki, yadplanetlilər haqda nə bilirəm, deyərdim ki, onların mövcud olub-olmadığı haqda biliyə sahib olmaq istərdim. Bunun heç bir nişanəsini görməmişəm", - deyə Mask deyib. Tədbir SpaceX-in saytında canlı yayımlanıb.

Bu yaxınlarda internetdə hücumla zəbtinə çağırışlar edilən Zona 51 adlanan ərazidə hərbçilərin yadplanetliləri gizlətməsi barədə əhvalatları İlon Mask populyar memlər adlandırıb. Eyni zamanda o xatırladıb ki, Günəş məhv edənə qədər insanların Yeri tərk etməsi üçün "cəmi yeddi yüz milyon ili" qalıb. Buna görə Mask kosmosu və digər planetləri fəth etməyə çağırıb.