• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1193
— 03.10.2019 10:03

Trussardi xüsusi Panda avtomobili təklif edir

Avropada bizdən fərqli olaraq şəhərdə iri ofrouderdən istifadə edənlərə baxış tam əksinədir: avropalılar belələrini şəhərə alış-verişə gəlmiş fermer sanırlar. Hətta, bir dəfə Parisin küçələrinin birində hərəkət edən Hummer ofrouderini görən şəhər sakini onun sürücüsünü zoofil adlandırmışdı da. Məhz belə insanlar üçün Fiat şirkəti Trussardi italyan moda evi ilə birlikdə Panda hetçbekinin xüsusi versiyasını hazırlayıb. Xüsusi versiyanı Panda modelinin kross-versiyasının bazasında yaradıblar. Trussardi seriyasından olan hetçbeklərin əsas fərqi eksklüziv kuzov rənglərindədir. Xüsusi Panda modelini qəhvəyi Caffe Italiano Brown, ağ Gelato White, qara Cinema Black və gümüşü Colosseo Grey rənglərində sifariş etmək olar. Bundan başqa, Trussardi tərəfindən təklif edilən hetçbeki qara işləmələr, xüsusi 15-düymlük təkər diskləri və xüsusi versiyanın adı həkk edilmiş emblemlər sayəsində ayırd etmək olar. Avtomobilin interyeri qəhvəyi rənglərdə tərtib edilmiş, kreslolar bahalı dəri və parça ilə örtülmüş, və məlum məsələdir ki, Trussardi loqotipləri ilə bəzədilmişdir. Bu loqotipləri hətta təhlükəzilik kəmərlərində və sükan çarxında da görmək olar. Dəbdəbəli Trussardi versiyası istənilən modifikasiyada Panda modeli üçün əlçatandır. Yəni, bu tərtibatı həm 85 at qüvvəli 900 kubluq turboaqreqat, həm də 69 at qüvvəli 1,2-litrlik atmosfer mühərriki ilə təchiz edilən modifikasiya üçün seçmək olar. Ötürmə həm öndən, həm də tam ola bilər.