• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1732
— 03.10.2019 11:01

Dünyada ilk dəfə insulin daşıması üçün drondan istifadə edildi

Arkanzasda olan Tibb Elmləri Universitetinin araşdırmaçıları diabet dərmanı daşıyan bir dron yaradıb. UAMS-də hazırlanmış dron, sağlamlıq sahəsində istifadə edilən ilk dron olub. Bu işi, dr. Spiridola Maraka rəhbərliyi altında bir qrup reallaşdırıb. Maraka və qrupunun yaratdığı dərman daşıyan dron, keçən cümə günü təqdim edilib.

İnsulin daşıyacaq dron fikri, keçdiyimiz il İrlandiyada meydana gələn şiddətli fırtınadan sonra ortaya çıxıb. İrlandiyada reallaşan fırtına səbəbiylə, bir çox insan sağlamlıq xidmətləri və dərmanlardan məhrum qalmışdı. UAMS-dəki qrupda bu maneənin necə öhdəsindən gələ bilinməsi haqqına baş sındırıblar. Qrup, Şimal Atlantik Okeanı üzərində uçacaq bir dron üzərində işə başlayıb. Dron üzərində aparılan işlərdən sonra, diabet dərmanı daşıyan bir dron İrlandiyadan Aran adalarına 20 dəqiqəlik bir uçuş reallaşdırıb. Doctor Spiridola Maraka bildirib ki, bu işin sağlamlıq xidmətinin çatdırılması baxımından böyük əhəmiyyəti var. Dron texnologiyası, xəstələrə köməkçi olacaq sərhədsiz qabiliyyətlərə sahibdir.