Fəaliyyət göstədiyi 2 il müddətində Gəncədəki Gənclər evi 200-ə yaxın beynəlxalq və yerli tədbirə ev sahibliyi edib. Burada gənclərin asudə vaxtlarını daha səmərəli keçirmək, idmanla məşğul olmaq, öz imkan və bacarıqlarını nümayiş etdirmək üçün bütün imkanlar var. Gənclər evinin fəaliyyəti ilə tanış olan Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 3 mərtəbəli binanın imkanlarından tam şəkildə istifadə etməyi gənclərə tövsiyyə edib. Burada gənclərə vətənpərvərlik hissinin aşılanması, eyni zamanda onlara gələcək karyeralarını qurmaqda da köməklik göstərilir. Gənclər evinə könüllülərin də cəlb edilməsi istiqamətində işlər görülür. Artıq 2 könüllü xaricdə təlimlərə də göndərilib.
Amil Qurbanov Gənclər Evinin direktoru:Ombudsmanın bir nümayəndəsini Gəncə Gənclər evində yerləşdirməyi düşünürük.Eyni zamanda burada dekorativ tətbiqi sənətin, fərqli dil kursların açılmasını düşünürük. Burada ingilis, rus dili kursları var, gələcəkdə fransız dilini də tədris etməyə başlayaq.
- Baxış: 647