• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2010
— 03.10.2019 18:55

İlqar Nadiri məşqçilərlə görüşüb

KepezTV Player

“Kəpəz” Peşəkar Futbol Klubunun icraçı direktoru İlqar Nadiri məşqçilərlə görüş keçirib. Görüşdə əsas komandanın məşqçilər korpusunun üzvləri ilə yanaşı, ayrı-ayrı yaş qrupları üzrə komandaların çalışdırıcıları da iştirak edib. İlqar Nadiri klublarda diqqətin əsas komandanın çıxışına yönəldiyini bildirərək bununla belə, uşaq futbolunun da nəzərdə saxlanılmalı, qayğı ilə əhatələnməli olduğunu deyib. Bunu olduqca vacib məsələ kimi qiymətləndirən klub rəhbəri futbolunun inkişafının uşaq futbolundan keçdiyini xatırladaraq fikirlərini əsaslandırıb. Məşqçiləri dinləməyə həmişə hazır olduğunu söyləyən Nadiri iş zamanı ortaya çıxan problemlərin tezliklə həllini tapacağını vurğulayıb.

Qeyd edək ki, bu mövsüm “Kəpəz”in tərkibində iki yeni yaş qrupu üzrə komanda fəaliyyətini bərpa edib. Söhbət 15 və 17 yaşlı futbolçulardan ibarət kollektivlərdən gedir. Bu komandalar artıq müvafiq liqalarda mübarizəyə qoşulublar.

Azad Rəfi