• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1770
— 02.10.2019 15:52

Azərbaycan-İran sərhədində silahlı insident - ölənlər var

KepezTV Player

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 naməlum şəxsin dövlət sərhədini pozması müşahidə olunub. “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin pozucular əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər, 1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İran istiqamətində, digər 2-si isə digər istiqamətdə qaçmağa cəhd göstəriblər. Qanuna uyğun olaraq, sərhəd naryadları tərəfindən silah tətbiq olunub və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerində vəfat ediblər. Onların üzərlərinə və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü narkotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olunub.