KepezTV Player
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatları əsasında üç fakt üzrə pirotexniki vasitə, figəng və spirtli içkilərin qanunsuz yollarla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.<br>İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mercedes-Benz 250D", "Ford Transit" və "Mercedes-Benz S350" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.<br>Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərlərində 28 qutu və 960 ədəd pirotexniki vasitə, 190 ədəd fişəng və 17 ədəd spirtli içki aşkarlanıb.Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 1216