• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2363
— 01.10.2019 20:28

Region birinciliyi başlayıb

KepezTV Player

Cüdo üzrə region birinciliklərinə start verilib. İlk yarış Göygöl Olimpiya İdman Kompleksində baş tutub. Birinciliyə 250-dən çox tatami ustası qatılıb. Yeniyetmə yaş qrupundan olan idmançıların iştirak etdiyi yarışda qərb bölgəsinin cüdoçuları medallar uğrunda qüvvələrini sınayırlar. Region birinciliyində Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Samux və Göygöl  təmsilçiləri mübarizə aparırlar. Bölgələrdə uğur qazanan cüdoçular ölkə birinciliyinə yollanacaqlar. Regionlarda bu kimi yarışların keçirilməsinin məqsədi perspektivli yeniyetmələri müəyyənləşdirmək,  regionlarda cüdonun inkişafı, həm də cüdomuzun gələcəyi üçün yeni parlaq nəsil yetişdirməkdi.

Orxan Cəfərzadə