• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1621
— 01.10.2019 20:36

Xanımlar fitnesə niyə gedir?

KepezTV Player

İdman sağlamlıqdır. Bunu hamı bilir. Amma bəziləri idmanla məşğul olsa da, əsas hədəfi sağlamlıq yox, gözəl bədən quruluşuna malik olmaqdır. Etiraf etməliyik ki, bu gün xanımlar arasında da arzuolunan bədən formasına sahib olmaq üçün çox şeydən keçməyə hazır olanları var. Bəzən sağlamlıqlarından da...

Hazırda Gəncədə kifayət qədər idman zalları fəaliyyət göstərir. Sevindirici haldır ki, son vaxtlar məşqlərə üz tutanlar arasında xanımların sayında da artım müşahidə olunur. Bu isə onu deməyə əsas verir ki, əvvəlki illərlə müqayisədə zərif cinsin nümayəndələri arasında fitnesə maraq xeyli artıb. Belə olan halda sual yaranır, artan təlabat nə ilə bağlıdır?