• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 01.10.2019 11:27

Müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başladı

KepezTV Player

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident Sərəncamının icrasına başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gəncə Şəhəri və Kəlbəcər Rayon İcra Hakimiyyətlər, Gənclər Fondu ilə birgə Gəncədə təntənəli mərasim keçirib. “Vətənin müdafiəsinə hazıram!” devizi altında Gəncə və Kəlbəcərdən olan gənclər ordu sıralarına yola salınıb.

Mərasimdə əsl bayram əhval ruhiyəsi duyulub. Həm əsgər olanlar, həm onların valideynləri, tədbir iştirakçıları silahlı qüvvələrin yüksək döyüş hazırlığı, ordu quruculuğu istiqamətində atılan addımlar, hərbi hissələrdə yaradılan imkanlar barədə məlumatlandırılıblar. Vətənin müdafiəsiə yollananlara Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Yusif Mirzəyev ayıq-sayıq olmağı tövsiyyə ediblər. Müasir texnikalar ilə təminat, keçirilən hərbi paradlar və birgə təlimlərin yüksək döyüş hazırlığı və vətənpərvərlik ruhunun yüksək olduğuna dəlalət edir. Dövlət Xidmətinin silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynadığı, gənclərin həqiqi hərbi xidmətə hazırlanması və orduya göndərilməsində mühüm rolu yüksək dəyərləndirilib.   

Məhəmməd Vəliyev Əfqanıstan Veteranları İctimai Birliyinin sədri: Bu günkü təbdir çox fərqli bir tədbirdir. Həmdə çağırıçıların yola salınma mərasimi keçirildi. Bu tədbirlərdə bütün əsgərlərə ən əziz olan müqəqddəs analar iştirak edirdi. Siz şahidi oldunuz ki tək analar yox bütün Gəncə xalqı bu çağırışçılar necə hərbi xidmətə yola salır.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan qədim Gəncə, eləcə də işğal altında olan Kəlbəcərdən olan gənclərin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşməsi orduya olan inamın bariz nümünəsi kimi qiymətləndirilib. Çağırışçılar isə ali borclarının Azərbaycan əsgəri kimi şərəfə xidmət edib, torpaqlarımızın azadlığı uğörunda fədakarlıq göstərmək olduğunu vurğulayıblar.

Hacıalı Hacıyev çağırışçı: Hərbi xidmətə yola düşürəm. Bütünm çağırışç ılara uğurlar arzulayıram. Vətənin keşçiyində ayıq dayanmalarını və layiqincə qorumalarını arzu edirəm. Bu gün torpaqlarımın 20 faizı işğal altındadırsa biz bunları azad etməliyik. Bir nömrəli fikrimiz  ideyamız bu olmalıdır.

Cəfər Hacıyev valideyn: Ali təhsilli hüquqşünasam. Əminəm ki bizim Ali basş Komandanımızın rəhbərliyi altında bütün işğal altında olan torpaqlarımız azad olunacaq və gələcəkdə ümid dolu hisslərlə yaşayacağıq.

Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda xüsusi kompozisiyalar təqdim olunub, mahnılar səsləndirilib. Vətəndaşların kütləvi iştirakı ilə yadda qalan tədbirin sonunda gənclər Azərbaycan bayrağının keçərək hərbi hissələrə yola düşüblər.

Natiq Hüseyn