• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1365
— 01.10.2019 11:16

İlk OnePlus televizoru rəsmən təqdim olundu

Çinin OnePlus istehsalçısı OnePlus TV adlı ilk "ağıllı" televizoru rəsmən təqdim edib. Televizor 4K UHD təsvir ölçülü 55 düym diaqonallı QLED ekranla təchiz edilib. Bundan savayı NTSC rəng əhatə dairəsi 120 faiz təşkil edir. OnePlus TV qurğusunun hansı prosessor əsasında işləyəcəyi barədə məlumat verilmədiyinə görə onun MediaTek MT5670 çipi ilə təchiz olunacağı gözlənilir. Təqdimatda həmçinin qurğunun Android TV əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi açıqlanıb. Rəsmən OnePlus TV 55 adlanan televizor iki versiyada təklif olunur: TV 55 Q1 və TV 55 Q1 Pro. Kiçik versiya səs panelinə malik deyil, digər xüsusiyyətlərə görə modellər tam oxşardır. OnePlus TV 55 Q1 versiyasının qiyməti 985 dollar, TV 55 Q1 Pro modelinin isə 1410 dollar təşkil edir.