• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 30.09.2019 11:02

Ən ağır neytron ulduz aşkar edilib

Astronomlar ölü ulduzların ən kütləvi nümunəsi olan neytron ulduz kəşf ediblər. Yeni ölçülmüş neytron ulduz J0740 + 6620 adlanır və o, Yerdən təqribən 4600 işıq ili məsafədədir. Alimlər hesab edirlər ki, bu kəşf neytron ulduzların qara dəliyə çevrilməsi nəzəriyyəsini alt-üst edib.

Qara dəliklər kimi neytron ulduzlar da kainatda baş verən supernovalar (ulduz partlayışları) zamanı məhv olan ulduzların hissəcikləridir. Hər hansı bir ulduz partlayışa məruz qaldıqda onun qalıqlarının nüvəsi öz cazibə qüvvəsinin gücü altında dağılır. Bu qalıq kifayət qədər həcmli olarsa, o daha çox cazibə qüvvəsinə malik olan qara dəliklər əmələ gətirir. Kiçik kütləli qalıqların nüvəsi isə neytron ulduzu yaradır. J0740+6620 obyektinin diametri 30 kilometrə yaxındır. O, Günəşdən iki dəfə, Yer kürəsindən isə 722 dəfə ağırdır. Bu obyekt istilik-nüvə enerjisindən məhrum olan və yalnız öz daxili istilik enerjisi hesabına işıq saçan ağ cırtdan ulduzun ətrafında fırlanır.