• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2350
— 28.09.2019 16:42

İdman avtomobillərinin yarışı və şousu olacaq

KepezTV Player

Sabah Gəncədə Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə idman avtomobillərinin yarışı və şousu keçiriləcək. Heydər Əliyev Park Kompleksinin ərazisində təşkil olunacaq tədbirdə 40-dan çox avtomobil – “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edəcək. Saat 15-də start götürəcək şouda tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövzusunda viktorina da keçiriləcək, 20 fəal iştirakçı mükafatlandırılacaq. Tədbir çərçivəsində Gəncədə uşaqlar üçün Yol Hərəkəti Təhlükəsizliyi həftəsi təşkil olunacaq. Bununla əlaqədar sentyabrın 30-dan oktyabrın 4-dək Gəncədəki bir sıra ümumtəhsil məktəblərində təlimlər keçiriləcək.