• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 28.09.2019 16:39

Bədbəxt hadisə zamanı dünyasını dəyişən müəllim anılıb

KepezTV Player

Gəncə şəhər 26 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseydə anım tədbiri keçirilib. Şagirdlərin təşəbbüsü ilə reallaşan tədbirdə məktəb-liseyin mərhum ingilis dili müəllimi Xatirə Ağalıyeva yad edilib. Müəllim bu ilin iyulunda Şəki Xan Sarayında baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alıb və dünyasını dəyişib. Bu günkü tədbirdə mərhumun müəllim yoldaşları, ailə üzvləri və yaxınları iştirak ediblər. Qardaşının Ağalıyevaya həsr etdiyi şeirlə hazırlanan slayd da təqdim olunub.

Səbail Nəsibova məktəb direktoru:Xatirə həm gözəl qadın insan, həm də müəllim idi. Biz hələ də onun ölümünə inana bilmirik...