Goranboyda Qarabağ döyüşlərində şəhid olan Hakim Cəfərovun büstünün açılışı olub. Büst şəhidin təhsil aldığı Quşçular kənd tam orta məktəbinin həyətində ucaldılıb. Abidə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid ailələrinə verilən 11 min manatlıq bir dəfəlik vəsait hesabına şəhidin ailəsi tərəfindən hazırlanıb. Bu münasibətlə sözügedən təhsil ocağında təşkil edilən tədbirdə şəhidin şərəfli ömür yolundan, onun torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi şücayətdən danışılıb. 1992-ci ildə könüllü olaraq ordu sıralarına yollanan Hikmət Cəfərovun bir neçə ağır döyüşlərdə iştirak etdiyi, 1994-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yararlanaraq hərbi hospitala yerləşdirildiyinə diqqət çəkilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ölümündən 1 il sonra onun təhsil aldığı Quşçular kənd tam orta məktəbinə Hikmət Cəfərovun adı verilib. Şagirdlərin ifasında vətənə və orduya aid bədii hissə yetişməkdə olan gənc nəslin vətənpərvər, qəhrəman, mübariz ruhda böyüdüyünü nümayiş etdirdi.
Arzu Cəfərov - şəhidin qardaşı: Qardaşım 1994-cü ildə şəhid olub. Azərbaycanın azadlığı uğrunda şəhid olub. Ulu öndərimiz həmin bu məktəbi mənim qardaşımın adına verib. Ancaq qardaşımın burada büstü yox idi. Həmin büst məktəbin həyətində qoyuldu. Bizim üçün böyük bir şərəfdir. Sağ olsun vətənimiz.
Natiq Hüseyn
- Baxış: 585