• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1957
— 26.09.2019 19:07

“Kəpəz” növbəti ev sınağı

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizonunda sabah 5-ci tura start veriləcək. Hesabat turunda “Kəpəz” doğma meydanda “Ağsu”nu qəbul edəcək. Gəncəlilər bu rəqiblə oyunöncəsi son məşqinə bu gün çıxıb. Təxminən 1 saat davam edən hazırlıqda baş məşqçi Yaşar Vahabzadə komandanı çox yormayıb. 4 turdan sonra 3 heç-heçə və 1 məğlubiyyətlə 3 xalı olan sarı-göylər turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 4 xala malik olan ağsulular isə 7-ci sıradadılar. Qərb klubu bu görüşdə mövsümdə ilk qələbəsini qazanaraq azarkeşlərini sevindirmək niyyətindədi.  “Kəpəz” - “Ağsu” oyununun start fiti saat 15:30-da çalınacaq.

Orxan Cəfərzadə