Gəncədə 98 küçənin asfaltlanması, 50 çoxmərtəbəli binanın dam örtüyünün dəyişdirilməsi, 93 çoxmənzilli binada lift təsərrüfatının yenilənməsi nəzərdə tutulur. Bu fikirlər Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərlə görüşü zamanı səsləndirilib. Su təminatının yaxşılaşdırılması, şəhərin bəzi ərazilərində mavi yanacağın təzyiqinin normallaşdırılması, işlə təminat, sərnişindaşımada xidmət səviyyəsinin yüksəldilməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi, lift təsərrüfatının yenilənməsi və digər məsələlər müraciətlərin əsasını təşkil edib. Görüşdə 18 nömrəli tam orta məktəbin kollektivi də iştirak edib. Məktəbin şəhid müəllimi Nizami Aydının adını daşıyan təhsil müəssisəsinin əsaslı şəkildə yenidən qurulması, , müasir dərs vəsaitləri və lazımi avadanlıqlarla təchiz olunması vurğulanıb. Gəncədə 46 tam orta məktəbdən 39-u əsaslı şəkildə təmir olunub.Səsləndirilən məsələlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
- Baxış: 750