• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2367
— 25.09.2019 16:03

Evdən 15 kq marixuana və silah tapılıb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Köyük kənd sakini İ.İbrahimovun evindən 14,9 kiloqrama yaxın marixuana və 1 ədəd nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi, habelə evinin yaxınlığındakı meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin əməkdaşları isə şəhər sakini İsgəndərlidən nömrəsiz “Naqan” markalı tapança, 4 ədəd “Preqbalin” həbi və 2 ədəd metadon aşkar edərək götürüblər.