• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 25.09.2019 16:08

VII sinif şagirdini elektrik cərəyanı vurub

KepezTV Player

Tovuzda yeddinci sinif şagirdini elektrik cərəyanı vurub. Hadisə yeniyetmənin oxuduğu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin ərazisində qeydə alnıb. VII sinif şagirdi Kamil Əhmədov yüksək gərginlikli elektrik paylayıcı şəbəkəsinə girərkən onu cərəyanı vurub. Bədəninin qarın və qol nahiyəsindən ağır yanıq xəsarətləri alan şagird ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məktəbliyə ilkin yarım göstərilib və paytaxta - yanıq mərkəzinə göndərilib. Faktla bağlı araşdırma aparılır.