9 illik qadağa aradan qalxır. Avtobusların gecə reysləri bərpa olunur. Artıq müvafiq müqavilələr də bağlanıb. Test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq.
Nazirlər Kabineti Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib. Razılıq son 10 ildə yol infrastrukturunda ciddi təmir-bərpa işlərinin həyata keçirilməsi, həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin müasir səviyyədə qurulması, regionlardan paytaxta gələn sərnişinlərin vaxt məhdudiyyəti həmçinin avtonəqliyyat parkının komfortlu avtobuslarla yenilənməsi ilə əlaqələndirilib.9 il öncəki problemin davam etməsinə baxmayaraq qərar dəstəklənib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev bildirdi ki, son vaxtlar vətəndaşların çoxsaylı müraciətləri də qərarın qəbul edilməsinə təsir göstərib.
Xidmət rəsmisi onu da dedi ki, gecə reysinin bərpası qanunsuz sərnişin daşımalarının qarşısını da alacaq.
Ekspertlər də gecə reysinin bərpasını müsbət hal kimi dəyərləndirirlər. Çünki həm vətəndaşlar qanunsuz daşımalardan istifadə etməyəcəklər, həm də vaxta qənaət etmiş olacaqlar.
Azər Allahverənov - ekspert: Gecə saatlarında təhlükəsiz şəkildə daşınmada iştirak edən sərnişin əslində bunda udmuş olur. Çünki gecə saatında o hərəkətdə olur misal üçün Bakıdan qazağa gedirsə gecə ərzində hərəkətdə olur avtobus çox təhlükəsiz şəkildə idarə olunur həmin şəxs işini görür elə növbəti gecəd də geri qayıtmış olur.
Qeyd edək ki, oktyabrın 1-dən fəaliyyətə başlayacaq ilk reys Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, "Neoplan" avtobusları ilə xidmətə başlayacaq. Və bu rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq".
- Baxış: 631