Onun cəmi 8 yaşı olmasına baxmayaraq, hədəfləri böyükdür. Müxtəlif müsabiqələrin qalibi olan balaca Kənan “Eco Speed” rəsmi ilə diqqətləri üzərinə çəkməyi bacarıb. Rəsm elektriklə işləyən yeni model avtomobil istehsal etmək istəyən məhşur avtomobil istehsalçısının diqqətindən kənarda qalmayıb.
Bakıda təşkil olunan 13-cü Beynəlxalq Rəsm Müsabiqəsindəki qalibiyyət balaca rəssamın yolunu yaponiyada təşkil edilən nüfüzlü Dünya Uşaq Rəsm Müsabiqəsindən salıb. 86 ölkədən balaca rəssamların qatıldığı "Sənin xəyalının avtomobili-2019" müsabiqəsinə ümumilikdə 100 minə yaxın rəsm işi təqdim olunduğu halda həmyerlimiz ikici yerin sahibi olub.
Balaca Kənan iki ildir ki, Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc tərtibatçı rəssamlar” dərnəyinin üzvüdür. Hədəfləri isə gələcəyin məşhur avtomobil dizayneri olmaq və özünün avtomobil şirkətini açmaqdır.
- Baxış: 315