• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1748
— 23.09.2019 16:26

İmtiyazlı ailələrə dövlət dəstəyi

KepezTV Player

Imtiyazlı və aztəminatlı ailələrin yaşam şəraitinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biridir. Bu istiqamətdə icra edilən proqram və layilər sırasında bağ sahələrinin salınması da yer alır. Göygölün Dozular kəndində də belə bir bağ salınıb. Rayon mərkəzindən 40 km aralıda yerləşən Dozular kəndində meyvə bağı IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşəbbüsü ilə salınıb. Bağ imtiyazlı təbəqədən olan Dozular, Çaylı və Pənahlılar kəndlərinin sakinlərinə təmənnasız olaraq verilib.Qoz bağının salınması üçün 3 hektar sahə ayrılıb və bağa 315 ədəd ting əkilib.

Kamaləddin İsmayılov - Dozular kənd sakini: Bu bağı ötən il mənim kürəkənimə veriblər. Kürəkənim dialez xəstəsidir. İki oğlu birinin 7, o birinin isə 5 yaşı var.İDEA ictimai birliyi tərəfindən bağ salınıb verib ki, gələcəkdə uşaqlarını dolandırsın. Kürəkənim xəstə olduğuna görə kürəkənimə köməkilik edirəm. Bu işdə əməyi olanların hamısına minnətdarlığımı bildirirəm.