• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2333
— 20.09.2019 19:21

Qəza ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Bakı şəhərinin Maştağa qəsəbəsində ağır yol qəzası baş verib.Kirov dairəsi adlanan ərazisində "VAZ 2106" markalı avtomobil ilə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü 75 yaşlı Hidayət Fəttahov hadisə yerində ölüb.Qəza nəticəsində 71 yaşlı Ətiyyə Fəttahova və "Mercedes" markalı avtomobilin sürücüsü 39 yaşlı Rafiq Həsənov ağır yaralanıb. Yaralılar təcili olaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Fəttahovaya sağ baldırın kəsilmiş yarası diaqnozu, R.Həsənova isə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu qoyulub. Vəziyyətləri ağırdır.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.