KepezTV Player
Ağstafa rayonunda meşədə yanğın hadisəsi baş verib. Olay rayon ərazisində yerləşən Qarayazı Dövlət Təbiət Qoruğunun Poylu meşəbəyliyinin ərazisində qeydə alınıb. Yanğın 5 hektar ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını alıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, meşə ərazisindəki quru və yaş ağaclar yanıb.Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 522