AzərbaycanTexnologiya Universitetində də Bilik günü qeyd olunub. Çıxış edənlər son illər universitetin inkişafı, müasir təhsil ocağına çevrilməsi istiqamətində görülən işlərdən danışıblar. Universitetdə tələbə qəbulunda son 30 ilin ən yüksək göstəricisi qeydə alınıb. Bu il qəbul planı 90 faiz yerinə yetirilib. Hazırda Universitetinin tələbə kontingentinin sayı 3000 nəfərə yaxındır. Onlar 4 fakültədə 21 ixtisas üzrə təhsil alacaqlar. Ali məktəbin beynəlxalq əlaqələri uğurla inkişaf etdirilir. Mübadilə proqramları ilə həm tələbə, həm də müəllimlər xarici universitetlərə, Rusiya, Türkiyə, Koreya və Avropanın nüfuzlu ali təhsil ocaqlarına göndərilir. Bilik Günü münasibətilə keçirilən tədbirin yekununda universitetə yeni qəbul olunan gənclərə tələbə biletləri təqdim edilib.
- Baxış: 508