• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2010
— 16.09.2019 12:02

Ayı İsmayıllı sakininə həyətində hücum edib, xəsarət yetirib

KepezTV Player

İsmayıllı rayonunda ayı həyətə hücum edərək kənd sakinini yaralayıb. Hadisə rayonun Xanagah kəndində qeydə alınıb. Kənd sakini 69 yaşlı  İsmayıl Rəsulov yaşadığı evin həyətyanı sahəsində itburnu toplayarkən qəflətən ayının hücumuna məruz alıb. Göz, sifət, əl və kürək nahiyəsindən xəsarətlər alan kişi təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Rəsulov çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb. O, xəstəxanadan evə buraxılıb. Qeyd edək ki, hadisə zamanı ailə üzvləri səs-küy salaraq yaralını ayının pəncəsindən xilas ediblər. Ayı qaçaraq həyəti tərk edib.