• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1199
— 16.09.2019 11:58

Ölən və xəsarət alanlar var

KepezTV Player

Bakı-Qazax magistral yolunda, Hacıqabulun Padar kəndinin ərazisində qəza qeydə alınıb. "KamAZ" və iki "Mercedes" markalı yük maşını toqquşub. Qəzadan sonra "KamAZ" aşıb, şüşə daşıyan "Mercedes" markalı avtomobilin sürücü kabinəsi isə ciddi şəkildə deformasiyaya uğrayıb. Həmin avtomobildə olan 61 yaşlı Əyyub Atakişiyev dünyasını dəyişib. Qoşqulu yük maşını Türkiyəyə məxsus qeydiyyat nişanı ilə hərəkət edirmiş, sürücüsü 42 yaşlı Cumalı Qaraoğlan Həmid oğlu Türkiyə vətəndaşıdır. Onun yüngül xəsarət aldığı deyilir. Digər yaralı isə "KamAZ"da olub.Hadisənin təfərrüatları araşdırılır.