• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2236
— 14.09.2019 15:38

Xəsarət alan kişi komaya düşdü

KepezTV Player

Daşkəsən şəhərində orta yaşlı kişi xəsarət alıb. Şəhərin mərkəzi bazarının yaxınlığında içərisində sürücüsü olmayan "Zil" markalı yük maşını anidən arxaya hərəkət edərək "VAZ-21011" markalı avtomobilə çırpılıb.Nəticədə minik maşının sürücü, 48 yaşlı Nizaməddin Hüseynov ağır kəllə-beyin travması alıb. O, koma vəziyyətində Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.