• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 943
— 14.09.2019 16:32

At belində üzüm bağlarını qoruyan mühafizəçi qadın...

KepezTV Player

İndi haqqında danışacağımız qadın üzüm bağını mühafizə edir- özü də at belində.  O, bu işi həvəslə, sevə-sevə yorulmadan edir. Gəlin bu mühafizəçi xanımı daha yaxından tanıyaq.

Gülnarə Məmmədova 1988-ci ildə Gəncə şəhərində doğulub. Uşaq vaxtlarından at minməyə böyük həvəsi olub. Bu həvəs isə ona anasından gəlib. Belə ki, Gülnarə Məmmədovanın atası vəfat etdikdən  sonra anası ailəni dolandırmaq üçün Samux rayonunda üzüm bağında mühafizəçi işləyib. 17 il işləyən Rahilə Rəsulovaya qızı yaxından kömək edib.

Gülnarə Məmmədova mühafizəçi:Mənim anam burada mühafizəçi işləyirdi. Anamla bərabər burada dururdum ondan öyrəndim. Anam vəfat edəndən sonra onun yerinə götürdülər. Anamın yerinə işləyirəm. Mənim üçün problem deyil. Öyrənmişəm ata minməyi, atla hərlənməyi. At tumarı sevir, tumarlıyan kimi minməyə qoyur. Tumarlamasan minməyə qoymur. Ata minirəm bağı gəzirəm, üzüm bağına nəzarət edirəm. Artezian quyuları var onu qoruyuram. Bizim işimiz budu

Artıq bir ilə yaxındır ki, mühafizəçi işləyən Gülnarə Məmmədova sutka ərzində növbə ilə  135 hektar üzüm bağını qoruyur. İki övladı anası olan qadının ən böyük arzusu isə işğal altında olan torpaqlarımız azad olunandan sonra Cıdır düzündə at çapmaqdır.