• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1534
— 12.09.2019 13:51

“Kəpəz” Sumqayıt təmsilçisini qəbul edəcək

KepezTV Player

Azərbaycan I Divizionunda milli komandaların “AVRO-2020”nin seçmə oyunları ilə bağlı yaranan fasilə başa çatır. Təxminən 2 həftəlik müddətdən sonra komandalar III turun matçları ilə çempionatda yenidən mübarizəyə başlayacaqlar. Bu tur qərb təmsilçilərindən “Turan Tovuz” səfərdə “Neftçi-2” ilə qarşılaşacaqsa, “Kəpəz” Gəncədə “Sumqayıt”ın ikinci komandasını qəbul edəcək. “Sarı-göylər” bu gün keçirilən məşqlə qarşıdakı oyunun hazırlıqlarını tamamlayıblar. Gəncəlilərin heyətində itki yoxdur, bütün futbolçular baş məşqçi Yaşar Vahabzadənin sərəncamındadır. Çempionatda ilk iki görüşünü heç-heçə ilə başa vuran “Kəpəz” 13 komanda arasında 8-cidir.

 

Azad Rəfi