• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2287
— 13.09.2019 12:04

At qəzaya səbəb oldu

KepezTV Player

Bu gün səhər saatlarında Bakı-Qazax magistralının 408-ci kilometrliyində - Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Ağstafa sakini Emin Allahverdiyev idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla Qazax istiqamətində hərəkətdə olarkən qarşısına anidən çıxan atı vurub. Nəticədə sürücü kəllə-beyin travması alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Vito”da olan sərnişinlər qəzadan xəsarətsiz ötüşüblər. Yol polisləri sərnişinlərin digər nəqliyyat vasitələri ilə mənzil başına çatmalarını təmin ediblər. Sözügedən ərazidə bir neçə gün əvvəl sərnişin daşıyan avtobusun iştirakı ilə ağır qəza baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.