• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1365
— 12.09.2019 12:31

Gəncədə şagirdlərin təhlükəsizliyi diqqət mərkəzindədir

KepezTV Player

Yeni dərs ilinin başlanması şagird və tələbələrin təhlükəsizliyi ilə bağlı məsələni də gündəmə gətirir. Təhsil müəssisələrinin qarşısında yolu keçməkdə çətinliyin yaşanmaması üçün piyada zolaqlarının çəkilməsi bu baxımdan önəm kəsb edir. Piyadaların yolu rahat və təhlükəsiz keçmələrini təmin etmək üçün Gəncədə Yol Polisini hərəkətə keçirib.

Gəncədəki orta və ali məktəblərin qarşısında hava şəraitinin təsiri altında silinən zolaqlar yenidən bərpa edilir və ya yeniləri çəkilir. Eləcə də piyada və avtomobillərin hərəkətini tənzimləyəcək yol nişanları quraşdırılır.

Lalə Cəfərova tələbə: Bu keçidlər maşınlıarın hərəkətinə maneçilik törətmir. Həm də insanlar rahat gedib-gəlir. Yəni təhlükəsi azdır. Mən çalışıram keçidlərdən istifadə edim. Yeraltı keçidlərdən də istifadə edirəm.

Qanunla icazə verilən yerlərdən yolu keçmək piyadaların təhlükəsiz hərəkətini təmin etmək baxımından önəmlidir. Eləcə də quraşdırılan yol nişanları avtomobil sürücüləri üçün xəbərdaredici funksiyanı yerinə yetirir. ələxsusda yeni dərs ilinin başlanması piyada və nəqliyyat vasitələrinin hərəkətliliyinin artmasına gətirib çıxaracaq ki, bu da mövcud nişanların mövcudluğunu labüd edir.

Elşad Məmmədov Gəncə şəhər DYP Şöbəsinin əməkdaşı: Məqsəd şagird və müəllimlərin azyaşlı uşaqların yoldan təhlükəsiz keçidini təmin etməkdir. Yeni dərs ili başlayanadək bütün təhsil ocaqlarının qarşısında mövcud olan piyada keçid zolaqları yenidən rənglənəcək yararsız hala düşmüş yol keçid və nişnaları yenisi ilə əvəz olunacaqdır.

Yol nişanlarının və piyada keçid zolaqlarının olması müsbət qasrşılansa da narahatedici məqam da var. O da piyadaların yolu hardan gəldi keçmələridir.

İmdad Allahverdiyev sakin: Əksər yerlərdə piyada keçidləri var. Amma vətəndaşlarımız, şagirdlər vacibdir ki o piyada keçidlərindən istifadə etsin. Öz təhüləkisizliyi üçün sürücülərin təhlükəsizliyi üçün çox vacibdir.

Elman Rəhimov sakin: İşıqforda qoyullar, piyada keçidi də var. Məktəblərin hamısının qarşısında var. Pis deyil yaxşıdır.

Yol hərəkəti haqqında qanuna əsasən piyada keçid zolaqları olan yerdə piyadaya yol verməyən nəqliyyat vasitəsinin sürücüsü 50 manat məbləğində cərimə olunur. Əgər piyada keçid və zolaqdan istifadə etmirsə onu da 20 manat məbləğində cərimə gözləyir. Gəncədə piyada keçid zolaqlarının və yol nişanlarının olduğu yerdə təhlükəszilik kameralarının olması bu cür qayda pozuntularının vaxtında aşkarlanmasına şərait yaradır.

Natiq Hüseyn