• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1338
— 11.09.2019 12:14

Adam oğurlayan dəstə zərərsizləşdirildi

KepezTV Player

Bakı şəhər Baş Polis İdarəsi, Xətai RPİ Cinayət-Axtarış Şöbəsi, Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib. Xətai rayon sakini Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 49 yaşlı Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 34 yaşlı Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 37 yaşlı Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 31 yaşlı Hüseynov və 27 yaşlı Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparılıb. Daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 32 yaşlı Kazımlının iştirakı ilə Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində Abbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib. Keçirilən əməliyyatla həmin şəxslər saxlanılıb, zərərçəkən girov saxlandığı yerdən sağ-salamat azad olunub. Fakt üzrə cinayət işi açılıb.