• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 930
— 10.09.2019 17:36

Ştillər torpağa verilməzdən öncə dərmanlanmalıdır

KepezTV Player

Əksər istixanalarda tərəvəz ştilləri düzgün qaydada əkilmir. Bu da son nəticədə fermerin xərcinin çoxalmasına və məhsul itkisinə səbəb olur. Ona görə ştillər torpağa verilmədən öncə dərmanlanmalıdır.

İstixana şəraitində bitkilər əkilməzdən əvvəl ştil yetişdiriləcək sahə hazırlanmalıdır. Sahənin hazırlanması birinci toxumun səpinindən başlayır.  

Hüseyn İdrisov ADAU-nun kafedra müdiri: “Adətən bizdə sahibkarlar ucuz varianta qaçırlar. Torpaqla peyini qarışdırıb sonra isə səpin aparırlar. Amma onlar nəzərə almır ki, torpağın və peyinin tərkibində olan xəstəlik və zərərvericilər yeni çıxan, cücərən bitkiyə birbaşa siraətlənir. Torpaq əvvəlcədən dezinfeksiya olunmalıdır. Xüsusi maddələrlə kükürddən başlamış formalin, metil bromid deyilən maddədən əgər torpaqda zərərverici şübhəsi varsa vidatdan istidafə olunmalıdır”.

Steril toxumlar xüsusi qablarda və torfda əkilməlidir. Yəni əgər toxum dərmanlanıb yığılıbsa onu yenidən dərmanlamağa ehtiyac yoxdur. Amma dərmandan istifadə olunmayıbsa mütləqdir ki, toxum dərmanlanıb sonra səpilsin. Bununla yanaşı ştillər də dərmanlanıb torpağa köçürülməldir.

Hüseyn İdrisov ADAU-nun kafedra müdiri “Amma təssüflə qeyd edim ki, istixanaların sayının daha çox olduğu Gəncə-Qazax bölgəsində istixanaların sadəcə 10-15%-i bu üsuladan istifadə edir. 80-90% bu işlərdən kənardır. Məhsul dövrünə qədər bitki bir neçə dəfə dərmanlanır. Bu da son nəticədə iqtisadi və ekoloji baxımdan zərərdir. Elə çox vəsait tələb olunmur. 2-3 dərmanla kapitan, meqasil, fundazol, bunalrdan sitifadə etməkə 2000-3000 ştili dezinfeksiya etmək mümkündür. Bunların hamısının cəmi 80 manat etmir. Amma elə olur ki, bir adda dərmana 500 manat pul verirlər. Xəstəlik düşəndən sonra.”.

Hətta əvvəlki il xəstəlik olan torpaqda təkrar əkin apardıqda eyni xəstəlik aşkar edilir. Mütəxəssisin sözlərinə görə yalnız kokobitdə olan əkinlər sanki özü-özünü dezinfeksiya edir. Amma kokobit sahibakrlar üçün iqtisadi baxımdan sərfəli deyil.